Azərbaycanın turizm brendinin tanıtım çarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi tərəfindən həyata keçirilən müsabiqədə 1-ci yerə Qran-pri mükafatına layiq görülüb.
Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən tədbirdə Azərbaycanın qalib olduğu elan edilərək mükafat təqdim edilib .
Ölkəmizin turizm potensialının təbliği və daha geniş şəkildə tanınması məqsədilə hazırlanan ekran işi “TAKE ANOTHER LOOK” - “Bir daha bax” şüarı ilə ərsəyə gətirilən tanıtım çarxı oktyabrın 1-dən 25-dək davam edən səsvermə nəticəsində 28 ölkə arasında qalib olub:
Dövlət Turizm Agentliyinin rəsmisi bu barədə ətraflı məlumat verib.