Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata da çata bilərik”

Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata da çata bilərik”

“Bakı-Gəncə sürət elektrik qatarı yolu 4 saata gedir, amma bu, bizi qane etmir”.

REAL xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.

“Yolumuzun infrastrukturu imkan verir ki, sürəti saatda 140 km-ə qədər qaldıraq. Bakıdan Gəncəyə 3 saata da çata bilərik”, - deyə o, qeyd edib.

Sədr həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan dəmir yolunda işləri tam bitirib: “Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq”.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə