Deputat: Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır

Deputat: Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır

“Azərbaycanda yeni doğulan uşağa görə birdəfəlik müavinətin məbləği 105 manatdan 200 manata qaldırılsa da, yenidoğulan uşağın xərcləri bundan 10 dəfə artıqdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

O təklif edib ki, bu rəqəm 200 yox, 500 manat olsun: “Bəlkə, bu uşaq pulu verilməsi məsələsinin həllinə səbəb olar. Əvvəlki hesablamada bu işə 16 milyon manat lazım idisə, təklif etdiyim variantda isə 40 milyon manat vəsait gərəkdir. Büdcənin xərcləri 27 milyard manata çatan ölkə üçün ortadakı fərq elə də çox deyil. Bu həm də yeni doğulanların sağlamlığı baxımından da vacib addımdır”. 

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə