Prezident Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib

Prezident Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

REAL xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz.

Malkolm Honlayn deyib:

- Sizi görməyə şadam.

Prezident İlham Əliyev: Gəldiyinizə görə təşəkkür edirəm. Mən sizin Sammitdə iştirakınızı yüksək qiymətləndirirəm.

Malkolm Honlayn: Bu qədər fikir ayrılığı, bu qədər gərginliyin şahidi olduğumuz bir zamanda Sizin vaxt ayıraraq insanları bir araya gətirmək üçün təşəbbüs göstərməyiniz bir faktdır. Düşünürəm ki, bizim üzərimizə düşən məsuliyyət də burada olub Sizə dəstək nümayiş etdirmək və bunu qiymətləndirməkdir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Eyni zamanda, biz çox uğurlu Mədəniyyətlərarası Dialoq üzrə Forum və ənənəvi Bakı Humanitar Forumunu keçiririk. Beləliklə, biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk və Azərbaycan artıq çox fəal dialoq məkanına çevrilib. Düşünürəm ki, belə mühüm tədbirə ev sahibliyi etmək üçün doğru zamandır. Ümidvaram ki, o, uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək.

Malkolm Honlayn: Onun keçirilməsi faktının özü bir uğurdur. Bu da bir faktdır ki, Siz və Azərbaycan qlobal, beynəlxalq səviyyədə elə bir nüfuz qazanmısınız ki, bura insanların bir araya gəldiyi bir məkandır.


*** 17:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

REAL xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə