Daxili İşlər Naziri səfiri qəbul edib - VİDEO

Daxili İşlər Naziri səfiri qəbul edib - VİDEO
Vilayət Eyvazov Fransalı səfirlə ölkələr arasındakı əlaqələri müzakirə edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.
nazir yeni təyinat münasibəti ilə onu təbrik edib, ölkəmizdəki diplomatik işində ona uğurlar arzulayıb, fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.


Daxili İşlər nazirlikləri arasında mövcud əlaqələrdən söz açan nazir V.Eyvazov bu əməkdaşlığın, əsasən, Fransanın daxili təhlükəsizlik məsələləri üzrə ölkəmizdə akkreditə olunmuş regional attaşesi vasitəsilə həyata keçirildiyini, ölkəmizə səfərləri zamanı qarşılıqlı faydalı işbirliyinə dair onlarla dəfələrlə müzakirələr aparıldığını xatırladıb. Bu əməkdaşlıq çərçivəsində müxtəlif illərdə Bakı şəhərində keçirilmiş təlimlərdə daxili işlər orqanlarının ümumilikdə 57 əməkdaşı iştirak edib. Əməkdaşlığın davamı olaraq, cari il noyabrın 11-də Bakıdan başlayan, hazırda Tbilisi şəhərində davam edən “Narkotik vasitələrə qarşı mübarizədə nəzarətli çatdırma” adlı praktik təlimdə ölkəmizin müvafiq dövlət orqanlarının əməkdaşlarından ibarət heyətin də iştirak etdiyi qeyd olunub.

Cənab V.Eyvazov “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Fransa Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanaraq müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra qarşı tərəfə təqdim olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərildiyini, həmin sənədin imzalanmasının əlaqələrin daha da inkişafına əlverişli hüquqi zəmin yaradacağına əminliyini ifadə edib.

Səfir Zakari Qros səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, ölkəmizdə tolerantlıq mühitinin, multikultural dəyərlərin hökm sürməsindən məmnunluğunu, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə