Ölkə kubokunun püşkü atılıb - VİDEO

Ölkə kubokunun püşkü atılıb - VİDEO
12 komanda reytinqə əsasən 3 səbətə bölünüb

Futbol üzrə Azərbaycan Kubokunda 2019/2020-ci il mövsümünün püşkü atılıb. Baş mükafat uğrunda Premyer Liqada çıxış edən 8 kollektivdən əlavə, I Divizionun 4 təmsilçisi - "Zaqatala", "Kəpəz", "Ağsu" və "Qaradağ Lökbatan" mübarizə aparacaq. Komandalar reytinqlərinə əsasən 3 səbətə bölünüblər. İştirakçıların sayının komandalardan asılı olduğunu vurğulayan PFL-in prezidenti Ramin Musayev, turnirin ədalətli keçəcəyinə əminliyini bildirib.

Püşkün nəticələrinə gəlincə. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5-8-ci yerlərdə başa vuran "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin rəqibləri müəyyənləşib. Komandalar müvafiq olaraq "Qaradağ Lökbatan", "Zaqatala", "Ağsu" və "Kəpəz"lə üz-üzə gələcəklər. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək. Qaliblər Premyer Liqada ilk 4 yeri tutan "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" kollektivlərinə rəqib olacaqlar. 1/4 finalın ilk görüşləri dekabrın 15-16-sı, cavab oyunları isə 19-20-si reallaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə