Paşinyanın məntiqsiz açıqlaması - VİDEO

Paşinyanın məntiqsiz açıqlaması - VİDEO
Erməni nazir danışıqları davam etdirməyin mənasızlığını ortaya qoydu

Ermənistanın baş naziri Nikol Paşinyan sülh forumunda iştirak etsə də onun silhdən çox uzaqlarda olduğu bir daha anlaşıldı. Paşinyan son açıqlamasında dağlıq qarabağın azərbaycanın ərazisi olduğunu şübhə altına almaqla sağlam düşüncəyə, normal məntiqə malik olmadıqlarını, ən əsası isə Ermənistanla danışıqları davam etdirməyin mənasızlığını çılpaq şəkildə ortaya qoydu. Erməni nazir çox gözəl bilir ki, beynəlxalq müstəvidə yaranmış vəziyyətin araşdırılması onlara sərf etmir. Çünki ortada işğal faktoru var. Ancaq görün o nə arqument səsləndirir? Deyir ki, guya işğalı Azərbaycan edib. Maraqlıdır ki, bu xüsusda Azərbaycanın öz ərazilərinin adlarını çəkir. O zaman sual olunur. Nikol, Azərbaycan özü öz ərazilərini işğal edib? Bizim sualın cavabını vermək onun üçün çətin olacaq. Amma Paşinyanın əgər Dağlıq Qarabağ Azərbaycanın tərkib hissədirsə, beynəlxalq ictimaiyyət tərəfindən tanınırsa, o halda Dağlıq Qarabağın statusu ilə bağlı qərarın qəbul edilməsi üçün niyə danışıqlar aparırsız? Sualına CAVABI tarix, fakt və beynəlxalq təşkilatlarda qəbul olunmuş sənədlər verəcək. Beləliklə, tarixdən başlayaq.

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlib. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənib. "Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" mənasını da verir. Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur.

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır.
Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir. Bu danılmaz faktdır. Gerçək olandır. Bu gün beynəlxalq təşkilatlar qəbul etdikləri sənədlərdə daqlıq qarabağın azərbaycan ərazisi olduğunu, Ermənistanın işğalçı dövlət olduğunu göstəriblər. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Birliyinin və Avropa Şurasının qətnamələri, Nato-nun bəyannaməsi , islam konfransı təşkilatının bəyanatı, Dünyanın 120 dövlətini özündə birləşdirən və üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının qəbul etdikləri sənədində qarabağın azərbaycan ərazisi olması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə dəstək ifadə edən maddə əksini tapıb. Beləliklə, Paşinyanın işğalı legitimləşdirmək cəhdi iflasa uğrayır. Elə okeanın o tayında Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə Qarabağ Azərbaycandır! İşğala Son Qoy! Şüarını görünür dəfələrlə təkrar etmək lazım olacaq.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə