ABŞ-la Türkiyə arasında yeni səhifə - YENİLƏNİB, VİDEO

ABŞ-la Türkiyə arasında yeni səhifə - YENİLƏNİB, VİDEO
Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri pozitiv keçdi

VİDEO əlavə olunub.

***

2019-11-13

22:35

Ərdoğan-Tramp görüşü bitdi

Ağ evdə baş tutan görüş, 1 saat 15 dəqiqə davam edib

“Atəşkəs qorunur”

REAL-ın ABŞ Bürosu xəbər verir:

Tramp, ikili görüşmədən əvvəl Oval Ofisdə jurnalistlərə açıqlama verdi. 

Suriyanın şimalşərqində Türkiyə və ABŞ arasında əladə edilən razılaşma nəticəsində  “atəşkəsin” qorunduğunu bildirən Tramp, YPG/PKK ilə danışırıq, onlar məmnundurlar” dedi.  “7 min mil” uzaqlıqda olan sərhəd haqqında qorxmaq istəmədiyini bildirən Tramp,

“Prezident Ərdoğana (Türkiyə-Suriya sərhədi) etdikləri üçün bir daha təşəkkür etmək istəyirəm.” dedi. 

Tramp, bölgədəki tarixi anladığını bildirərə, “Onların (Türkiyə ilə YPG/PKK) problemlərini anlayıram. Haqqında danışdığımız bölgədə Türkiyədən də bir çox insan həyatını itirdi. Bunun haqqında da nələrsə etməyə məcburuq. Bu təktərəfli bir yol deyil.” Ifadələrindən istifadə etdi. 

“İkili ticarət dövriyəsi asanlıqla 100 milyard dollar ola bilər”

Türkiyə ilə ABŞ-ın ticarət dövrüyyəsini artırmağa çalışdıqlarını vurğulayan Tramp, “Türkiyə ilə ticarət həcmini 100 milyard dollar çatdıra biləcəyimizi düşünürük. İndi ticarət həcmimiz 20 milyard dollar amma bu rəqəm asanlıqla 100 milyard dollar ola bilər.” dedi.

***

22:35

ABŞ prezidenti D.Trampla Türkiyə prezidenti R.T.Ərdoğan arasında təkbə-tək görüş başlayıb. 

REAL-ın ABŞ Bürosu xəbər verir:

ABŞ prezidenti, R.T.Ərdoğanla uzun müdətdir dost olduqlarını vurğulayıb. Tramp, bu gün S-400 ilə F-35 mövzusunda da danışacaqlarını bildirib.

ABŞ prezindenti, Türkiyənin son dövrlərdə (Suriyada) 100-dən çox İŞİD üzvünün saxlandığını və onlara nəzarət etməyə davam etdiyini də vurğulayıb.

Qeyd edək ki, iki liderin görüşü “Barış Pınarı” hərəkatı başlayandan sonra iki ölkə arasında yaranan gərginliyin azalmasına da təsir göstərəcək. Tərəflər ayrı-ayrı vaxtlarda Vaşinqtonda baş tutacaq görüşdə Suriya, İŞİD-lə mübarizə, iki ölkə arasındakı münasibətlərin müzakirələrdə prioritet olacağını bildirmişdilər.

Görüşdə maraqla gözlənilən məqamlardan biri də ABŞ-ın Nümayəndələr Palatasının , qondarma erməni soyqırımı layihəsini qəbul etməsi ilə bağlı məsələnin müzakirəsidir. Bu fakt ölkələr arasında münasibətləri daha da gərginləşdirmişdi.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə