"Yenilməzlər" - VİDEO

Paralimpiya komitəsinin 30 illiyinə həsr olunmuş qala təqdimat

Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Bakıda ilk dəfə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş “Yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçirildi.

Təqdimat dünyada, eləcə də Azərbaycanda Paralimpiya hərəkatının inkişafı və yayılması məqsədi ilə təşkil olunub.

“Yenilməz”lərin qala təqdimatında Heydər Əliyev Fondunun vitse-prezdienti Leyla Əliyeva iştirak edib.

Tədbir həm də Azərbaycanda, özəl sektorda korporativ sosial məsuliyyət dəyərlərinin inkişaf etdiriliməsinə yönəlib.

Müxtəlif ölkələrdən tədbirə qatılmış qonaqlar əlillərin iradəsini nümayiş etdirən tamaşalar izləyiblər. Onlar arasında – Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari də olub. Artıq 2-ci dəfədir ki, ölkəmizə səfər edən xanım Mazari gələcəkdə də bu cür tədbirlərin iştirakçısı olacağına ümid edir.

"Təqdimat çox gözəldi, “Yenilməzlər” adı isə möhtəşəmdir. Bilirəm ki, bu, ilkdir, amma əminəm ki, sonuncu deyil.

Çünki bizə əlilliyi olan şəxslərin uğur və nailiyyətlərini təqdim etmək üçün bu cür platformalar lazımdır. Biz indi bu sahədəki nailiyyətlərimiz barədə danışırıq. İnşallah, gələcəkdə daha da çox olacaq".

Tədbirdə iştirak edən Moldova Paralimpiya Komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul Azərbaycanda keçiriləcək V Uşaq Paralimpiya Oyunlarının əhəmiyyətindən danışdı.

"Fiziki məhdudiyyəti olan uşaqların özlərini normal hiss etməsi üçün Azərbaycan Respublikası xeyirxah bir iş görür.

Çünki, onlar özlərinə inanmır, və idman onlara bu inamı verəcək.

Fərqi yoxdur- hər hansı yeri tutanda, onlar özlərinə güvənəcəklər, və bu halda, onlar digər uşaqlarla dostluq edəcəklər.

Düşünürəm ki, onarda hər şey yaxşı alınacaq.

Bizim və Azərbaycanın paralimpiyaçıları üçün Paralimpiya oyunlarını keçirmək çox vacibdir və çox yaxşı bir işdir".

Ölkəmizin paralimpiyaçısı Vüsalə Kərimova Azərbaycanda “Yenilməzlər”in keçirilməsini sevinclə qarşıladı.

Birinci Qrup Qarabağ qazisi, Milli Paralimpiya Komitəsinin baş məşqçisi İlham Məhərrəmov bu cür tədbirlərin sayın Azərbaycanda çox olmasının zəruri olduğunu dedi.

İnanırıq ki, fiziki məhdudiyyəti olan bu insanların hüdudsuz iradəsi onların gələcək qələbələrinin təməli olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə