Bakıda məişət tullantılarının çeşidlənməsi prosesi avtomatlaşdırılacaq

Bakıda məişət tullantılarının çeşidlənməsi prosesi avtomatlaşdırılacaq

Bakıda bərk məişət tullantılarının çeşidlənməsinin avtomatlaşdırılması, yəni bir sıra Avropa ölkələrində olduğu kimi, yarı avtomatik robotlar tərəfindən çeşidlənməsinin aparılması planlaşdırılır.

Bunu "APA-Economics"ə Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin nümayəndəsi, tullantı menecmenti üzrə məsləhətçi Nik Uilson deyib.

O vurğulayıb ki, bu, prosesin tezləşdirilməsinə və yüksək effektivliyinə gətirəcək: "Həyata keçirdiyimiz layihə qısa müddət ərzində, hətta Avropa standartları ilə müqayisədə də kifayət qədər yaxşı nəticələr göstərib".

Qeyd edək ki, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış sözü gedən yeni pilot layihənin icrasına həyata keçirilir. Nərimanov rayonunda 400 ədəd konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni, müasir  konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun  mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə