Rusiyada kollecdə atışma olub: iki nəfər ölüb, üç nəfər yaralanıb - YENİLƏNİB

Rusiyada kollecdə atışma olub: iki nəfər ölüb, üç nəfər yaralanıb - YENİLƏNİB

Bu gün səhər saatlarında Amur vilayətində İnşaat və Mənzil-Kommunal Xidmət Kollecində atışma baş verib.

Kollecin 19 yaşlı tələbəsi odlu silahla auditoriyaya daxil olaraq öz tələbə yoldaşlarına atəş açıb, sonra isə özünü öldürüb. Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Şahidlər deyiblər ki, dərsə gecikən tələbələrdən biri kollec binasında atəş açıb. O, dərsə gecikdiyinə görə auditoriyadan xaric edilib. Sonra isə o silahla qayıdıb.

Hadisə yerinə ilk gələn polis əmədaşları olub, bir gənc küçəyə qaçaraq naməlum bir adamın yaxınlıqdakı bir kollecə atəş etdiyini bildirib.

Polislər dərhal göstərilən ünvana gedərək kollecdə əlində silah olan tələbəni görüblər və silahdan imtina etməyi bildiriblər, o, asayiş keşikçilərini vurub. Cavab atəşi ilə o yaralanıb və auditoriyaya qaçıb. Burada hüquq mühafizə orqanları ona mane olduqda o, özünü vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin regional qərargahında məlumat verilib. Atıcının şəxsiyyəti artıq müəyyənləşdirilib, bu 19 yaşlı Daniil Zasorindir. O, silahı avqust ayında əldə edib.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə