Polis Zərdabda əməliyyat keçirib - VİDEO

 Polis Zərdabda əməliyyat keçirib - VİDEO
Əməliyyat zamanı saxlanılan 3 nəfərdən 420 qr marixuana aşkar edilib

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elgün Məmmədquliyev, Sadiq Səfərəliyev, Məhəmməd Məmmədov saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən şəxslərə narkotik vasitə satmaqda şübhəli bilinən Məğrur İsmayılzadə də tutulub. Onun Məlikli kəndindəki evinə baxış keçirilən zaman 420 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb istintaq əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə