“Dalğa“ qrupu Bakıdadır - VİDEO

“Dalğa“ qrupu Bakıdadır - VİDEO
Çingiz Mehtipurun rəhbərlik etdiyi qrupun konserti keçirilib

H. Əliyev adına Respublika Sarayında Güney Azərbaycanın saz ustası Çingiz Mehtipurun rəhbərliyi altında "Dalğa" qrupunun konserti keçirildi.

Konsertdə tanınmış sənət adamları iştirak etdilər.

Azərbaycanlı və Təbrizli sənətkarlarının birgə çıxışları Azərbaycanda saz və aşıq mədəniyyətinin təbliğ edilməsi məqsədi ilə təşkil olunub.

Güney Azərbaycanın böyük saz ustası Çingiz Mehtipurun sözlərinə görə, aşıq sənətinin gənclər arasında dirçəlməsi çox vacibdir.

Konsertdə həmçinin Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı iştirak etdi. O, bu cür konsertlərin iki ölkə arasında böyük mənəvi körpü olduğunu dedi.

Qeyd edək ki, Təbrizdə fəaliyyət göstərən "Dalğa" qrupu dünyanın 30-dan çox ölkəsində aşıq və folklor musiqisi ilə çıxış edərək, bu mədəniyyəti uğurla təbliğ edirlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə