Qaret Beyl: "Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar"

Qaret Beyl:

"Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, zamanla özümü yaxşı hiss edəcəyəm".

"Report"un məlumatına görə, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 30 yaşlı hücumçu bildirib ki, millidə oynamaq həmişə şərəfdir: "Burada olanda çalışıram ki, özümü yaxşı tərəfdən göstərim. Bakıda ilk dəfədir oluram. Azərbaycan millisinin son oyunlarında inkişafı görmək olar, 5 - 10 il əvvəllə müqayisədə fərq var. Rəqib yaxşı təşkilatlanmış komandadır. Bizi qarşıda iki vacib oyun gözləyir".

İspaniyanın "Real Madrid" klubunun formasını geyinən oyunçu komanda yoldaşı Aaron Remsi barədə də danışıb: "Remzinin qayıdışı və bizimlə birgə olacağı çox gözəl haldır. O, böyük komandada çıxış edir. Belə davam etsə, "Yuventus"da möhkəmlənəcək".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər