Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib

Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də "Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

Məlumata görə, görüşdə qurumun sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, ölkəmizin nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. 

C.Qurbanovun sözlərinə görə, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. BTQ-nin əhəmiyyətindən danışan sədr qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropa və Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. Buna görə də istifadəyə veriləndən sonra marşruta maraq daha da artıb. 

Daha sonra hər iki ölkənin dəmir yoları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb. D.Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Hazırda bu marşrutun imkanlarından istifadə edilərək, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətə daşınır.

Görüşün yekununda ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı protokol imzalanıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə