Saxta mühacirlər qayıdır - VİDEO

Saxta mühacirlər qayıdır - VİDEO
Saxta mühacir əməliyyatında adı çəkilənlər isə suallardan qaçır

Dövlət Miqrasiya Xidməti Almaniyadan deportasiya olunan azərbaycanlılarla bağlı məlumat yayıb.

Məlumata görə, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində dünən Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Almaniyada isə saxta mühacirlərə qarşı mübarizə tədbirləri davam etdirilir. Mühacirət almaq üçün pul müqabilində saxta arayışların verilməsində daha çox Müsavat Partiyasının və onun Avropa Koordinasiya Mərkəzinin adı hallanır. Təsadüfi deyil ki, saxlanılanlardan biri – Mehdi Xəlilbəyli Avropa Koordinasiya Mərkəzinin sədr müavinidir.

Səslənən ittihamlara münasibət öyrənmək üçün Müsavat Partiyasının qərargahına getdik. İstədik ki, partiyanın başqanı Arif Hacılı baş verənlərlə bağlı rəyini bildirsin. Amma bizim orada olduğumuzu bilən Arif Hacılı qərargaha gəlmədi və müsahibə vermək istəmədiyini bizə köməkçisi vasitəsilə çatdırdı. Bir jurnalistin sualına cavab verməmək üçün partiyasının qərargahına gəlməyən Arif Hacılı bunun əvəzində Facebook statusu ilə bizə müsahibə verməyəcəyini açıqladı. Statusa gələn şərhlərdə isə müxbir və operatorun linç edilməsinə çağırışlar edildi.

Qeyd edək ki, Almaniya polisi saxta yollarla mühacir status almağa çalışan şəxslərə qarşı əməliyyat keçirib. Almaniyanın, bir neçə vilayətində həyata keçirilən reyd zamanı evlərdən xüsusi viza çap edən avadanlıq, xarici vətəndaşlara aid pasportlar pul və silah aşkar edilərək götürülüb. Əməliyyat nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə