FHN-in güləş yarışı - VİDEO

FHN-in güləş yarışı - VİDEO
Çempionatda qurumun 120-ə yaxın əməkdaşı iştirak edib

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib.

Yarışda Nazirliyin 12 qurumundan 120-yə yaxın idmançı qüvvəsini sınayıb. Güləşçilər 8 çəki dərəcəsində mübarizə aparıblar.

Nəticələrə gəlincə, Murad Babayev, Rəşid Seyidov, Azər Şiriyev, Cəlal Süleymanov, Tural Əkbərov, Heydər Həsənli, Camal Abdulov və Yaşar Zamanov öz çəkilərində baş mükafata sahib çıxıblar.

Komanda hesabında Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası 1, Dövlət Yanğından Mühafizə Xidməti 2, Mülki Müdaifə Qoşunlarının kollektivi isə 3-cü yerə layiq görülüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə