BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub

BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos ilə görüşüb.

Mədəniyyət Nazirliyindən REAL-a verilən məlumata görə, görüşdə BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib, dünyada sülh və mədəniyyətlərarası dialoqun rolu barədə fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və bu platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına göstərilən dəstəyə görə Ali nümayəndəyə təşəkkürünü bildirib. Nazir həmçinin BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ilin aprel ayında Bakıda keçirilmiş 7-ci Qlobal Forumunun iştirakçıların yaddaşında unudulmaz hadisə kimi qaldığını deyib.

Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos bu ilin may ayında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü yada salıb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini və bu əməkdaşlıq çərçivəsində çoxsaylı birgə layihələrin həyata keçirildiyini qeyd edib.

Nazir Əbülfəs Qarayev öz növbəsində 2020-2025-ci illər üçün Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq proqramının hazırlandığını və bunun əsasında bir çox fəaliyyət və layihələrin həyata keçiriləcəyini bildirib.

Migel Anhel Moratinos bu təşəbbüsü dəstəklədiklərini və bununla bağlı konkret sənədlərin hazırlanmalı olduğunu qeyd edib. Ali nümayəndə BMT-nin Baş katibi tərəfindən dünyada dini məkanların qorunması ilə bağlı Sivilizasiyalar Alyansına xüsusi səlahiyyət verildiyini deyib. O, Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin üzvü olduğunu və komitəyə sədrlik etdiyini, bu sahədə təcrübəsini nəzərə alaraq Azərbaycan, Sivilizasiyalar Alyansı və UNESKO-nun bu istiqamətdə birgə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.

Sonda Əbülfəs Qarayev 2020-ci ildə keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci ildə gerçəkləşəcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində də BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə