Məşhur mərkəzin yeni dövrü - VİDEO

Məşhur mərkəzin yeni dövrü - VİDEO
Tanınmış sərgi mərkəzində Azərbaycan Pavilyonu yenidən açılacaq

Rusiyanın ən böyük sərgi mərkəzlərindən biri olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi kompleksində yerləşən və 80 illik tarixə malik “Azərbaycan” pavilyonu təmir-bərpadan sonra yenidən fəaliyyətə başlayacaq.

Sovet İttifaqının süqutundan sonra baxımsız vəziyyətdə qalan pavilyon 2016-cı ildə rəsmi olaraq Azərbaycana təhvil verilib və burada Heydər Əliyev fondunun dəstəyi ilə təmir-bərpa işlərinə başlanılıb. artıq işlər tamamilə yekunlaşıb və milli mərkəzimiz fəaliyyətə başlamaq üçün tam hazırdır.

1939-cu ildə tikilən Azərbaycan pavilyonunun arxitektorları Sadiq Dadaşov və Mikayil Hüseynov olub. O zamanlar həm Rusiyada, həm də ölkəmizdə məşhur olan bu mərkəz bədii filmlərimizdə də əks olunub.

Bərpa işləri zamanı Azərbaycan memarlıq üslübu orijinala uyğun olaraq qorunub. Rənglər, naxışlar saxlanılmaqla, şəbəkə pəncərələr dəqiqliklə yenidən qurulub, pavilyonun zalları yenilənib.

Pavilyonda yaradılan şöbələrdə ziyarətçilər Azərbaycanın xalçaçılıq ənənələri, zəngin musiqi tarixi, eyni zamanda, arxeoloji qazıntılar zamanı aşkar olunmuş və Azərbaycanın qədim tarixini əks etdirən eksponatlar, milli geyimlər, xalq sənəti nümunələri ilə tanış ola biləcəklər. Mühazirə və konfranslar, musiqi proqramları üçün də müxtəlif zallar fəaliyyət göstərəcək, turizm zonasında Azərbaycanın turizm marşrutları barədə məlumatlar təqdim olunacaq.

Azərbaycan pavilyonunun noyabrn 23-də açılması nəzərdə tutulub. Açılış mərasimində 10-cu Rusiya-Azərbaycan reqionlararası iqtisadi forumu çərçivəsində Moskvaya səfər edəcək Azərbaycan Respublikasının 1-ci Vitse- prezidenti, Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyeva da iştirak edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə