İstixana rəhbələri ilə görüş - VİDEO

İstixana rəhbələri ilə görüş - VİDEO
Xəzər Rayonunun istixana sahiblərinin probləmləri dinlənildi

Zirə Mədəniyyət Mərkəzində meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirildi.

Görüşdə Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Xəzər rayonunda fəaliyyət göstərən 70-ə yaxın istixananın rəhbər və nümayəndələri iştirak etdi.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd etdi ki, aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biridir.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qeyd etdi ki, ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən dəstək tədbirləri öz müsbət nəticələrini verir. Qeyri-neft sektorunda aqrar sahənin xüsusi önəm daşıdığını deyən Ruslan Əliyev meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə mütəmadi görüşlərin keçiriləcəyini vurğuladı.

Daha sonra meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Görüşdə çıxış edən sahibkarlar əsasən istixanalara verilən qazın qiymətin endirilməsi, borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndirdilər.

Qeyd olundu ki, tariflərlə bağlı təkliflər aidiyyatı qurumlara təqdim olunacaq.

Sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək.

Sonda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermer və sahibkarların məlumatlandırılacağı bildirildi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə