Savat üzrə AÇ Bakıda keçiriləcək - VİDEO

Savat üzrə AÇ Bakıda keçiriləcək - VİDEO
2024-cü il yay olimpiya oyunlarında test çıxışları reallaşacaq

Dünya Savat - başqa adı ilə Fransız boksu federasiyasının vitse-prezidenti, Fransa Savat federasiyasının prezidenti Joel Dumez və Avropa Savat Konfederasiyasının rəhbəri Rodolf Redon Gənclər və İdman naziri Azad Rəhimovun dəvəti ilə Azərbaycana səfər ediblər. Məqsəd 2021-ci ildə Bakıda təşkil olunacaq Savat döyüşü üzrə Avropa çempionatının təşkilatçılıq məsələlərini müzakirə etmək, eyni zamanda, Azərbaycanda Fransanın 200 illik tarixə malik milli idman növü olan savatın daha da geniş inkişafı yönündə fikirləri bölüşməkdir. Görüş zamanı Savatın 2 növü üzrə qitəqityaslı yarışların Bakıda keçirilməsi qərara alınıb.

Fransız boksu ilə məşğul olan qadınların və gənclərin sayı yetərincədir. Fransada 800 savat klubu mövcuddur. Azərbaycan və Fransa federasiyasıları arasında konvensiya müqaviləsi imzalanacaq. Bu sözləşməyə əsasən, Azərbaycandan Fransaya, Fransadan isə Azərbaycana mütəxəssislər, idmançılar gələcək. Qısa zaman ərzində təmsilçilərinizin uğur qazanması federasiyanın böyük işlər gördüyünə işarədir.

Savatın 2023-cü ildə keçiriləcək 3-cü Avropa oyunlarına çox yaxın olduğunu deyən Rodolf Redon isə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında test çıxışlarının reallaşacağını bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə