BDU-nun simurq quşu - VİDEO

BDU-nun simurq quşu - VİDEO
Universitetin ilk azərbaycanlı rektorunun ömür hekayəsi

1919-cu ildən bu günə kimi ötən 100 il ərzində Bakı Dövlət Universitetinə 25 rektor rəhbərlik edib. Onlardan 5-i 1937-ci il repressiyalraında güllələnib, amma bu haqda Bakı Dövlət Universitetinin represiya ilərindəki fəaliyyətindən bəhs edərkən danışacağıq. Hələlik BdU-nun fəaliyətində önəmli rol oynayan iki şəxsiyyətdən danışmaq yerinə düşər. Bunlardan biri darülfünun ilk rektoru Vasili İvanoviç Razumovski, o biri isə 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinə rəhbərlik edən sayca 4-cü , amma ilk azərbaycanlı rektor Tağı şahbazi Simurqdur. Əvvəlcə Razumovski haqqında. O kim idi və necə olmuşdu ki, gəlib Bakıda universitet açmışdı? V.İ.Razumovski peşəcə cərrah idi. 1887-ci ildən Kazan Universitetinin professoru olaraq çalışıb. V.Razumovski 1909-cu ildə Saratov, 1918-ci ildə Tbilisi Universitetlərinin əsasını qoyanlardan idi.

1920-ci ilin aprel işğalından sonra.Razumovski Kazana qayıtmış, oradakı universitetdə dərs demişdi.

1935-ci ildə isə vəfat etmişdi. Bəlkə də iki il çox yaşasaydı, Stalin repressiyalarından o da sağ çıxmayacqdı. Tağı Şahabzi Simurq kimi.

O həbs olunanda yeganə qızı Dilarənin 9 yaşı vardı. bU gün Dilarə xanım 92 yaşındadır və Ukraynanın Zaparojest şəhərində yaşayır. Azad müəllim Dilarə xanımla görüşüb, atası ilə bağlı xatirələrini dinləyib, ailə şəkillərini, bəzi sənədləri-tağı Şahbazinin ölüm kağızını, bəraət kağızını Azərbaycana gətirib. Böyük ədibin bəraət aldığı 1956-cı ildə qızı Dilarə xanım Bakı Dövlət Universitetinin tələbəsiydi. O danışırmış ki, baxmayaraq ki, atası hələ xalq düşməni hesab olunurdu, buna baxmayaraq ona münasibət çox yaxşı olub.

Xatırladaq ki, Tağı Şahbazi Simurq həm də azərbaycan ədəbiyyatında maarqlı əsərləri ilə yadda qalıb. Təkcə onun Qayçı hekayəsini xatırlatmaq yetər. Təəssüf ki, repressiya onun ömrünü də qayçıladı. Bi rdə təkcə onunmu. Növbəti reportajımızda bu haqda danışacağıq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə