Belarusda parlament seçkiləri davam edir - VİDEO, YENİLƏNİB

Belarusda parlament seçkiləri davam edir - VİDEO, YENİLƏNİB
Səsvermə prosesi zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb

Belarus parlamentinin Nümayəndələr Palatasına səsvermə prosesi normal keçir, müşahidə zamanı hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Bunu REAL-a açıqlamasında Belarusda parlament seçkilərini müşahidə edən Milli Məclisin deputatı Tahir Mirkişili dedi.

Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib.

Növbədənkənar səsvermə noyabrın 12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.

Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır.

 

****

17:00

Belarusda parlament seçkiləri keçirilir.

Yerli vaxtla saat 8:00-da ölkənin 5831 seçki məntəqəsində səsvermələr başlayıb.

Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovun sözlərinə görə, seçkilər yüksək səviyyədə və tam şəffaf çəkildə keçirilir.

Qeyd edək ki, Belarusda parlament seçkiləri majoritar sistemdə keçirilir.

Seçkilərdə 6,8 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə