Xaçmazda “QAZ 24“ün sürücüsü “Qazel“lə toqquşmadan əvvəl ürək tutmasından ölüb - YENİLƏNİB, FOTO

Xaçmazda “QAZ 24“ün sürücüsü “Qazel“lə toqquşmadan əvvəl ürək tutmasından ölüb - YENİLƏNİB, FOTO

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən hadisə zamanı "QAZ 24"ün sürücüsü 1960-cı il təvəllüdlü, Xaçmazın Gödəkli kənd sakini Mədətov İdayət Dübarə oğlu ölüb. Məlum olub ki, "QAZ 24" markalı minik avtomobilinin sürücüsü qəzadan öncə ürək tutmasından ölüb və avtomobil idarəetmədən çıxaraq “Qazel" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

12:38

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində qeydə alınıb. 

"QAZ 24" markalı minik avtomobili ilə "Qazel" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticə "QAZ 24"ün sürücüsü hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə