“DOST“ 50 000-ci vətəndaşı qəbul edib - VİDEO

“DOST“ 50 000-ci vətəndaşı qəbul edib - VİDEO
Validə Abbasovaya simvolik hədiyyələr təqdim edilib

DOST agentliyinin 1 saylı DOST mərkəzində 50000-ci vətəndaş müraciəti qeydə alınıb.

Yasamal rayon sakini Validə Abbasova DOST-a Sosial xidmət sahəsində göstərilən xidmətlə bağlı müraciət edib. O, 6 aydır fəaliyyət göstərən 1 saylı DOST mərkəzinin xidmət göstərdiyi 50000-ci vətəndaş kimi tarixə düşüb.

DOST Agentliyinin İdarə Heyətinin Sədri Fərid Məmmədov vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü bildirib. Validə Abbasova DOST Mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib.

DOST Agentliyinin İdarə Heyətinin Sədri Fərid Məmmədovun sözlərinə görə son alltı ay ərzində DOST mərkəzində 50000 vətəndaşla bağlı xidmətlər təkmilləşdirilib.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir.

Bundan başqa 2019-2025-ci illər üzrə “DOST regional proqramın”a əsasən Bakıda və respublikanın regionlarında daha 31 DOST mərkəzinin açılması da nəzərdə tutulur.

Qeyd edək ki, 124 xidmətlə fəaliyyətə başlayan DOST mərkəzində artıq xidmətlərin sayı artırılaraq 132-ə çatdırılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə