“Özbək kino həftəsi” - VİDEO

“Özbək kino həftəsi” - VİDEO
Nizami Kino Mərkəzində Özbək kinoları nümayiş olunacaq

Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi” keçirilir.

Nizami Kino Mərkəzində “Özbək kinosu həftəsi”nin açılış mərasimi baş tutub.

Əvvəlcə mətbuat konfransı keçirilib. Konfansda Mədəniyyət Nazirliyinin Kinematoqrafıya şöbəsinin əməkdaşı Almaz Sultanzadə və "Özbəkkino" Agentliyinin baş direktorunun müavini Şuxratullo Rizayev jurnalistlərin suallarını cavablandırıblar.

Daha sonra filmlərin təqdimatı keçirilib.

Təqdimatda Mədəniyyət Nazirinin müavini Vaqif Əliyev, Özbəkistanın Azərbaycandakı səfiri Şerzot Fayziyev çıxış ediblər.

Özbəkistan kinosunu kinematoqrafçılar və rəsmilərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayılı və Qəbələ rayonlarına səfərlər edəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq, sakinlərlə görüşlər keçirəcək. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.

Qeyd edək ki, filmlərin nümayişlərinə giriş sərbəstdir və noyabrın 24-dək davam edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə