Əfqanıstanda jurnalistlərə hücum olub. İnsident ölkənin şərqindəki Nanqarxar əyalətində baş verib.
Əyalətin qubernatorunun mətbuat katibi xəbər verir ki, operator və müxbir silahlı hücum nəticəsində ağır xəsarətlər alıb. Çəkiliş qrupunun sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib.
Silahlı hücumun İŞİD silahlı qruplaşması tərəfindən edildiyi istisna olunmasa da, hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.