Məqsəd məcburi köçkünlərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına yönəlib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun boş iş yerlərinə göndərişlər elə yerindəcə veriləcək.