OPEK neft hasilatını artıra bilər

OPEK neft hasilatını artıra bilər
Qərarın OPEK-in iyun sammitində veriləcəyi bildirilir

OPEK-in iyunda keçiriləcək iclasında neft hasilatı həcminin artırılmasına dair qərar qəbul edilə bilər.

Hələlik hasilatın həcminin nə qədər artırılacağı ilə bağlı məlumat verilmir.

Bu barədə “Reuters” OPEK-dəki mənbələrinə istinadən məlumat yayıb. “Bütün variantlar nəzərdən keçirilir”, - deyə Fars körfəzi ölkələrindən birindəki mənbə agentliyə bildirərək, hasilatın artırılmasına dair qərarın OPEK-in iyun sammitində veriləcəyini bildirib.

Mənbə əlavə edib ki, neft hasilatı həcminin artırılması məsələsi bu həftə Sankt Peterburqda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ müvafiq nazirləri tərəfindən müzakirə ediləcək.

Qeyd edək ki, OPEK sammiti 22-23 iyun tarixlərində Vyanada keçiriləcək. OPEK-ə üzv olan və olmayan ölkələr (OPEK+) 2016-cı ilin sonunda Vyanada gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər.

2017-ci ilin əvvəlindən icra olunan sövdələşmənin müddəti iki dəfə artırılıb. Sonuncu dəfə razılaşmanın müddəti 2018-ci ilin sonunadək uzadılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə