Antirekordun astanasında - VİDEO

Antirekordun astanasında - VİDEO
Millimiz qrup mərhələsinin “qapısını möhkəm çırpmağa” çalışacaq

Bu gün futbol üzrə Azərbaycan millisi Avro2020-nin seçmə mərhələsində son oyununa çıxacaq. Nikola Yurçeviçin komandası səfərdə Slovakiya kollektivi ilə üz-üzə gələcək. Keçirdiyi 7 matçda cəmi 1 xal toplayan millimiz üçün 8-ci tur formal xarakter daşıyır. Sonuncu pilləni çoxdan "təmin" edən seçməmiz ən azı slovakiyalıları büdrədib, qrup mərhələsinin qapısını möhkəm çırpmağa çalışacaq.

Slovakiyaya da məğlub olsaq, komandamız antirekordunu təkrarlamış olacaq. Belə ki, bu hal yalnız beynəlxalq arenadakı debütdə - AVRO-1996-nın seçmə mərhələsində baş verib.

Yurçeviç meydana istədiyi heyəti buraxa bilməyəcək. Belə ki, Maksim Medvedevlə Mahir Emrelinin zədə səbəbindən oynamayacağı əvvəlcədən məlum idi. Pavel Paşayev, Dmitri Nazarov və Riçard Almeydanın da zədəsi var. Onların vəziyyətinə oyuna az vaxt qalmış aydınlıq gələcək. İtkilərə rəğmən baş məşqçi nikbindir və səfərdən xalla qayıdacaqlarına inanır.

Azərbaycan Millisinin baş məşqçisi Nikola Yurçeviç bildirib ki, qrup mərhələsində son oyunumuzu keçirəcəyik: "Rəqibin ikinci yeri tutmaq şansı var. Onlar bizi məğlub edib, Uelsdəki matçın heç-heçə başa çatmasını arzulayırlar. Biz də şərəf üçün oynayacağıq. Qələbə qazanmaq, mərhələni 3 xalla başa vurmaq istəyirik. Bunun üçün bütün gücümüzü meydanda qoymağa hazırıq. Aktivimizdə cəmi 1 xal var, amma keçirdiyimiz görüşlərdə yalnız Slovakiya ilə Bakıda xal qazanmaq imkanımız olmayıb. Digər qarşılaşmalarda buna yaxın olmuşuq. Futbolçularımız peşəkardırlar və nə edəcəklərini yaxşı bilirlər".


Xatırladaq ki, Slovakiya - Azərbaycan matçı Trnava şəhərində keçiriləcək. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyun Sergey Boykonun başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə