Moskvada “Azərbaycan həftəsi” - VİDEO

Moskvada “Azərbaycan həftəsi” - VİDEO
Beynəlxalq Münasibətlər Universitetində Azərbaycan günləri keçirilir

Rusiyanın aparıcı ali təhsil ocaqlarından sayılan Moskva Dövlət Beynəlxalq Əlaqələr universitetində keçirilən “Azərbaycan Həftəsi” çərçivəsində tək təsviri incəsənət üzrə deyil, digər sahələri əhatə edən xüsusi guşələrdə treninqlər də keçirildi. Xına, çay süfrəsi, Azərbaycan rəmzi sayılan “Nar sərgisi” də tələbələrin ixtiyarına verildi.

MDBMU-nun Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev bildirib:

“Rusiya Dövlət Beynəlxalq Münasibətlər Universitetində keçirilən tədbirin əsas məqsədi universitetdə təhsil alan gənclərin- Bakalavrın 1-ci kursundan tutmuş aspiranturaya qədər tələbələrin Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi ilə tanışlığıdır. Bildiyiniz kimi bu universitet təkcə Rusiyanın aparıcı universiteti olmaqla bitmir, bu ali təhsil ocağı həm də dünya siyasətçilərinin hazırlanmasında mühüm rol oynayır.”

Azərbaycan Prezident administrasiyasının əməkdaşı Natiq Əliyev isə müsahibəsində Azərbaycan Həftəsi çərçivəsində Azərbaycan həqiqətləri barədə Rusiya ictimaiətinə geniş məlumat veriləcəyini nəzərə çatdırdı.

Tədbirin Rəsmi açlışında isə çıxış edən universitetin prorektoru Artyom Malıqin, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Tamella Əhmədova, Azərbaycan Respublikasının Rusiyadakı səfirinin Müşaviri Zaur Paşayev və digərləri Azərbaycan hətəsinin əhəmiyyətindən danışdılar. Tədbirin vacibliyini qeyd edən natiqlər belə tədbirlərin daha çox digər millətlərin nümayəndələrinə yönəldiyinin, ölkə təbliğatının əsas üsullarından biri olduğunu vurğuladılar.

MDBMU-nun prorektoru Artyom Malıqin bildirib ki, bu cür tədbirlər universitetdə yalnız Azərbaycanlı tələbələr birliyi üçün yox, daha çox Rusiyanın regionlarından gələn, eləcə də digər ölkələrin tələbələri üçün təşkil olunur: "Çünki tələbəlik vaxtı - oxumaq vaxtıdır. Oxumaq isə yalnız auditoriyalarda olmur, oxumaq həm də başqa ölkələrdən olan həmkarlarla tanışlıq deməkdir. Oxumaq başqa mədəniyyətlərlə tanış olmaqdır.”

Qeyd edək ki, Azərbaycan Həftəsinin ilk günü Konsert proqramı ilə sona yetdi. Tədbir noyabr ayının 22-nə kimi davam edəcək.

REAL-ın RUSİYA bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə