“Ortaq dəyərimiz Əhməd Ağaoğlu” - FOTOLAR, VİDEO

“Ortaq dəyərimiz Əhməd Ağaoğlu” - FOTOLAR, VİDEO
Ankarada Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilib

Azərbaycanın tarixi şəxsiyyətlərindən biri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bu gün Türkiyənin paytaxtı Ankarada keçirilib.

Konfransda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, professor Ali Birinci, Ankara Universitetinin hüquq fakültəsinin dosenti Cavid Abdullahzadə çıxış edərək Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə üçün gördüyü işlərdən danışıblar. 

Əhməd bəy Ağaoğlu Anadolu Agentliyi  1 mart 1925-ci ildə “anonim şirkət” adı ilə yaradıldığı zaman agentliyin idarə heyətinə sədr seçilib.

Ə.Ağaoğlu bir müddət bu vəzifədə çalışıb. 150 illik yubileyində Anadolu Agentliyi Əhməd bəy Ağaoğlu haqqında sənədli film hazırlayıb. Konfransa həmin sənədli filmin təqdimatı da keçirilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 Aprel 2019-cu il tarixində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin Azərbaycan və ölkəmizdən kənarda qeyd edilməsi üçün sərəncam imzalayıb.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə