“Antibiotiklər asılılıq yaratmır“ - VİDEO

“Antibiotiklər asılılıq yaratmır“ - VİDEO
Antibiotik tez sağalmanı təmin etmək üçün istifadə olunur

Antibiotiklərin zərərli olması barədə məlumatlar son vaxtlar olduqca çox yayılıb. İnsanlar antibiotiklərdən imtina edir və bu tip dərmanların orqanizmə zərərli olması barədə deyilənlərə inanırlar.

Bəs antibiotik nədir? Bu dərmanların insan orqanizmində dəhşətli fəsadlar yaratması doğrudurmu?

Sualımızı Tibbi Universitetinin Tədris Terapevtik Klinikasının həkimi Cavanşir Məhərrəmov cavablandırdı.

Zərərli bakteriyaların səbəb olduğu yoluxucu xəstəliklər zamanı daha tez sağalmağa kömək edən antibiotiklərin mütəmadi olaraq istifadəsi orqanizmdə asılılıq yaradırmı?

Həkim eyni zamanda azyaşlılara antibiotikin tətbiq edilməsindən da danışdı. O bildirdi ki, əgər antibiotikin dozası həkim tərəfindən doğru müəyyən edilsə uşaq orqanizminə mənfi təsiri olmayacaq.

Qeyd edək ki, antibiotiki orqanizmi yüksək həssas insanların, yəni orqanizmi allergik insanların istifadə etməsi qəti qadağandır. Və unutmayaq ki, antibiotiklər yalnız həkim təyinatı üzrə, onun dozasını və müddətini artırmadan qəbul edilməlidir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə