“Mühacir əməliyyatı”nda yenilik - VİDEO

“Mühacir əməliyyatı”nda yenilik - VİDEO
Almaniya məhkəməsinin qərarında bir sıra faktlar açıqlanır

Almaniyada mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı Koblenz məhkəməsinin qərarı açıqlanıb.

Maddi sübutların aşkar edilməsi üçün evə və digər obyektlərə, həmçinin təqsirləndirilənlərə məxsus nəqliyyat vasitələrinə, eləcə də onlara aid digər əşyalara baxış keçirilməsi barədə qərardadda qeyd olunub.

Rəsmi məlumatda aparılan axtarışların səbəbləri də izah olunub.

Məlumatda bildirilir ki, İndiyədək aparılan istintaq nəticəsində əldə edilən faktlar əsasında təqsirləndirilən Məmmədov barəsində gəlir əldə etmək məqsədi ilə insanların qanunsuz olaraq ölkəyə gətirilməsi, o cümlədən çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr var.

Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxs, ən azı 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir.

2014-cü ildən etibarən təqsirləndirilən şəxs Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib.
Şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq ölkəyə gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunub və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə olunurdu.

Məhkəmə qərarında vurğulanıb ki, cinayət barədə şübhələr, indiyədək polis tərəfindən həyata keçirilən istintaq zamanı və o cümlədən, təqsirləndirilən Məmmədovun verdiyi faktlara əsaslanır. Bu şəxs geniş və inandırıcı məlumatlar verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə