Mənzillər verilir - VİDEO, YENİLƏNİB

Mənzillər verilir - VİDEO, YENİLƏNİB
Şəhid ailələrinə və müharibə əlillərinə ev verilir

ƏƏSM nazirinin müavini Vüsal Nəsirli bu barədə REAL-ın birbaşa efirində daha ətraflı məlumat verib.

Abşeron rayonu Məhəmmədi kəndində 20 Yanvar əlillərinə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillər təqdim edilir.

"Ötən il 626 mənzillə, fərdi ev təqdim edilib. Bu il isə 934 mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilməsi nəzərdə tutulub. Abşeron rayonu Məhəmmədi kəndində bu gün 50 mənzili vətəndaşların istifadəsinə verdik. Cari ilin ötən dövrü ərzində artıq 347 mənzili biz vətəndaşlarımıza təqdim etmişik. İlin sonuna qədər demək olar ki. hər gün, hər həftə biz həm Bakı şəhərində, həm də ölkəmizin digər şəhər və rayonlarında da mənzilləri və fərdi evləri bu kateqoriyadan olan vətəndaşlarımıza verəcəyik. Digər sosial təşəbbüs Qarabağ Müharibəsi əlillərinin və 20 Yanvar, Çernobl əlillərinin avtomobil təminatı məsələsidir. Bu proqram da çox uğurla həyata keçirilir", deyə Vüsal Nəsirli bildirib. 

Qeyd edək ki, hazırda 50 mənzil təqdim edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə