Ədliyyə sahəsində yenilik - VİDEO, YENİLƏNİB

Ədliyyə sahəsində yenilik - VİDEO, YENİLƏNİB
Rəqəmsal transformasiyavə innovasiyalar mövzusunda təqdimat

Ölkə başçısının “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və komunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyən olunub.

Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün dövlət proqramında ədliyyə orqanlarının və məhkəmələrinin fəaliyyətində müasir texnologiyanın tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə innovativ metodların tətbiqi və həmin xidmətlərin mobil versiyalarının hazırlanması, “Elektron məhkəmə” və “Elektron ticarət” informasiya sistemlərinin funksionallığının təkmilləşdirilməsi və bu səhnədə digər tədbirlərin görülməsi müəyyən olunub.

Ötən il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində bir neçə innovativ həllər ictimaiyətə təqdim olunub. Bu təcrübə davam etdirilərək 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü ərərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqress mərkəzində “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirə Ədliyyə Nazirliyinin rəhbər işçiləri, millət vəkilləri, ictimai xadimlər, vətəndaş cəmiyyəti institularının, bank və İnformasiya və komunikasiya texnologiyaları sektorunun təmsilçiləri, çoxsaylı Kütləvi İnformasiya Vasitələrinin rəhbərləri, həkimlər, vəkillər iştirak ediblər.

Açılışda Nazirliyin İnsan Hüquqları və İctimaiyətlə Əlaqələr İdarəsinin rəhbəri Aynur Sabitova çıxış edib. İctimai təqdimatda həmçinin Nazirliyin İKT idarəsinin rəisi və ASAN xidmətin nümayəndəsi çıxış ediblər. Təqdimat zamanı Nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə İctimai işlərin icrasına nəzarət, Mobil Məhkəmə, Normativ Hüquqi Aktların Elektron Bazası, İcra Üzrə Ödənişlərin Elektron Ədliyyə köşkü vasitəsilə ödənilməsi və Elektron Etibarnamə üzrə innovativ həllərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Təqdimatda həmçinin Dövlət Agentliyi nazirliklə əməkdaşlıqda təşkil edilmiş “Elektron hökumət”in müasir versiyası olan “MyGov” portalı üzərindən göstərilən ədliyyə xidmətləri, o cümlədən nikahın və doğumun elektron qaydada qeydə alınması prosesi təqdim olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə