Paytaxtın 2 rayonunda qaz kəsiləcək - VİDEO

Paytaxtın 2 rayonunda qaz kəsiləcək - VİDEO
"Azəriqaz" İB Xətai və Nizami rayonlarında quraşdırma işləri aparır

Bu gün paytaxtın iki rayonunda qazın verilişində fasilələr yaranıb. Təmir işləri ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarında səhər saat 10-dan etibarən qazın verilişində fasilələr müşahidə olunacaq.

Azəriqaz İB-nin mətbuat xidmətindən verilən məlumatda görə Avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün yanacaqdoldurma məntəqələrində bəzi işlər görülür. Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb. Bunu Reala açıqlamasında Azəriqaz İB-nin Mətbuat katibi Ceyhun Səfərov bildirib.

Bundan başqa Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlərin icrası ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Bu səbəbdən də Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev bildirir ki, müxtəlif vaxtlarda paytaxtın müxtəlif ərazilərində qazın verilməsində təmir işləri ilə əlaqədar fasilələr yaranır ki, bu fasilələrin yaranmaması üzərində artıq işlərə başlanılıb.

Ruslan Əliyev bildirdi ki, Azəriqaz İB-nin əsas məqsədi öz abonentlərini fasiləsiz və keyfiyyətli qazla təmin etməkdir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə