24 il əvvəlki antirekordun təkrarı - VİDEO

24 il əvvəlki antirekordun təkrarı - VİDEO
Yurçeviçlə bağlı qərar İcraiyyə Komitəsinin iclasında veriləcək

Futbol üzrə Azərbaycan millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız səfərdə Slovakiya kollektivi ilə üz-üzə gəlib. Əvvəlki 7 matçda 1 xal toplayan futbolçularımız sonuncu pilləni rəsmiləşdirsələr də, meydana ən azı nüfuz və təsəlli üçün çıxmışdılar. Lakin görüşə daha fəal başlayan slovakiyalılar 19-cu dəqiqədə Robert Bojeniklə istəklərinə çatıblar. Pavel Hapalın komandası sona 4 dəqiqə qalmış üstünlüyü artırıblar. Marek Hamşik közərən ümidlərimizin üstündən xətt çəkib. Nəticədə 0-2 hesabı ilə uduzan millimiz qrup mərhələsini 1 xalla bitirib. Bununla da komandamız 24 ildən sonra seçmə mərhələni 1 heç-heçə ilə başa vurub.

"Oyundan əvvəl də dediyim kimi, komandamızda xeyli problemlər var idi. Zədəli futbolçulardan başqa, fasilədə Eddi İsrafilov əvəzlənməsini istədi. İkinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. Hətta bir epizodda hesabı bərabərləşdirməyə də yaxın olduq. Təəssüf ki, şansımızdan istifadə edə bilmədik. Əvəzində qapımızdan ikinci topu buraxdıq. Təbii ki, qrupu 1 xalla başa vurmağımızdan razı deyiləm. Ətraflı təhlil üçün 2-3 həftəlik zamana ehtiyac var. Ancaq razı qaldığım odur ki, milliyə xeyli gənc futbolçu gəldi. Keyfiyyətli rəqiblərlə oynadıq, bir çoxunda uduzsaq da, layiqincə mübarizə apardıq."

Yeri gəlmişkən, millimizin seçmə mərhələdəki çıxışını dəyərləndirən AFFA-nin baş katibi Elxan Məmmədov, Yurçeviçin gələcək taleyi ilə bağlı da fikir bildirib. Bratislava Hava Limanında jurnalistlərin suallarını cavablandıran baş katib, qərarın icraiyyə komitəsinin iclasından sonra veriləcəyini deyib.

Xatırladaq ki, E qrupunda mübarizə aparan millimiz yalnız Bakıda keçirilən Xorvatiya ilə oyunda heç-heçə edib. Seçməmiz meydana çıxdığı digər 7 matçdan xalsız ayrılıb. Aktivinə cəmi 1 xal yazdıran futbolçularımız qrupu sonuncu pillədə başa vurublar.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə