Daha 50 ailə sevindirildi - VİDEO

Daha 50 ailə sevindirildi - VİDEO
Onlar tam təmirli ev ilə təmin olundu

Bu gün daha 50 şəhid ailəsi, Qarabağ müharibəsi və 20 yanvar əlili Abşeron rayonunun Məmmədli kəndində mənzillə təmin olundu. Bu kateqoriyalardan olan vətəndaşlara evlər növbəlilik əsasında verilib.

Yeni mənzillə təmin olunan vətəndaşlar dövlətin yaratdığı bu fürsətdən məmnunluqlarını ifadə ediblər.

Əmək və Əhalinin sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin sözlərinə görə, bu ilin sonuna kimi 934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb.

V.Nəsirli qeyd etdi ki, əlilliyi olan şəxslərə indiyədək nazirlik tərəfindən 7 mindən çox mənzil və fərdi ev verilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə