Zora susanların “ədalət damarı” - VİDEO, YENİLƏNİB

Zora susanların “ədalət damarı” - VİDEO, YENİLƏNİB
Bakı və Tiflisdəki polis davranışına ikili münasibət göstərilir

Tiflisdə Gürcüstan polisinin zor tətbiq etmək nəticəsində yatırdığı çoxminli dinc aksiya və bu hadisəyə Avropanın, Qərbin reaksiyası bəzi sualları yenidən gündəliyə gətirdi.

Nə baş verir?

Tiflisdə mitinqə toplaşanlar su şırnağı və gözyaşardıcı qaz təzyiqinə məruz qalır. Onlarla yaralı var. Döyülənlər, ayaq altda qalanlar, həbs edilənlər var. Amma dırnaqarası Qərb demokratiyası susur!

Sanki heç nə baş verməyib. Amma məntiqlə sərt bəyanatlar verilməli, ABŞ başda olmaqla Qərb sərt mövqe nümayiş etdirməliydi. Ən azı Gürcüstanda akkreditə olunmuş diplomatik korpus dinc aksiya keçirənlərə qarşı polisin amansız rəftarından qəzəblənməli, bəzi səfirliklər xüsusi bəyanatla çıxış etməliydi!

Bəs niyə bu baş vermədi? Niyə qonşumuzda baş verən hadisə tam beynəlxalq susqunluqla müşayiət edildi?

Əlbəttə, biz bununla Gürcü polisini qınamırıq, rəsmi Tiflis asayişi bərpa edirdi və bu, öz vətəndaşlarının təhlükəsizliyini qorumaq kimi başlıca vəzifəsini yerinə yetirən istənilən hakimiyyətin əl ata biləcəyi bir üsuldur. Amma burada söhbət başqa məsələdən gedir. Axı necə olur ki, insanların istirahət etdiyi ərazidə, əvvəlcədən edilən bütün rəsmi xəbərdarlıqlara baxmayaraq sanksiyasız aksiya keçirən bir qrip adamı ərazidən uzaqlaşdıran, özü də bunu korrekt və peşəkarlıqla edən Azərbaycan polisinin hərəkətlərini Qərb demokratları- amansızlıq, qəddarlıq, qanun pozuntusu adlandırır, amma sərt və güzəştsiz davranan, gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən Gürcüstan polisinin hərəkətlərinə reaksiya verilmir?!!! Bax məsələ də bundadır. Rəsmi Bakı özünə münasibəti İkili standartlar adlandıranda məh belə yanaşmaları nəzərdə tutur.

Bütün bunlardan sonra bir daha düşünməli olursan.

Müsəlman ölkələrini qeyri sabitlik məkanı kimu təqdim etmək, onu məhz Suriya, Liviya, Yəmən gözündə görmək kimə lazımdır? Müsəlman ölkəsinə gözünü bərəldib baxanların məramı məgər aydın deyil?

Bu sual həm də dinc və sabit güzəranını qiymətləndirməyə borclu olan hər bir Azərbaycan vətəndaşıdır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə