Müəmmalarla dolu Qarakənd faciəsi - VİDEO

Müəmmalarla dolu Qarakənd faciəsi - VİDEO
20 noyabr faciəsindən 28 il ötür

1991-ci ilin noyabrın 20-də baş verən Qarakənd faciəsi Azərbaycanda yeni bir mərhələnin başlamasına rəvac verdi. Ölkədə hərc mərclik baş qaldırdı, Qarabağ münaqişəsi daha da dərin şəkil almağa başladı. Bunu Reala müsahibəsində millət vəkili Araz Əlizadə dedi. Həmin ildə Ali Sovetin deputatı olan diplomat həm də “Respublika Müdafiə Şurası”nın üzvü olub. Elə bu səbəbdən də sülh missiyası üçün Xankəndinə yol alan, dövlətin ictimai-siyasi xadimlərinin də yer aldığı Mi 8 helikopterində o da olmalı idi. Lakin gözlənilməz məxfi sərəncamla Müdafiə Şurasının tərkibinə müdafiə naziri və digər hökumıt rəsmilərinin əlavə edilməsi böyük narazılıq yaradıb və o, istefa ərizəsini prezidentə təqdim edərək Xankəndinə uçmağa razı olmayıb.

Həmin dövrdə Azərbaycanın çox mürəkkəb tarixi proseslərdən keçdiyini deyən millət vəkili deyir ki, o zamankı iqtidarın əsas sütunlarının məhv edilməsi təkcə qonşu ölkələrin deyil, eyni zamanda daxildə olan qüvvələrin maraqlarına cavab verirdi.

Qarakənd faciəsinin hələ də müəmma olaraq qaldığını deyən millət vəkili onun Mi 8 helikopterinin qara qutusunun oxunması üçün Beynəxalq Mülki Aviasiya Təşkilatına aparılması təklifinə də rədd cavabı alıb. Qara qutu Moskvaya aparılıb.

Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Hadisə nəticəsində aralarında Rusiya və Qazaxıstandan olan diplomatların da yer aldığı 22 nəfər həyatını itirib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə