Qarakənd qurbanları yad edilib - VİDEO

Qarakənd qurbanları yad edilib - VİDEO
Faciədə həlak olanların yaxınları və qohumları Fəxri Xiyabanda olub

20 noyabr 1991-ci il Qarakənd faciəsində həlak olan 22 nəfər hər il olduğu kimi bu ildə ziyarət edildi.

28 il bundan öncə baş verən qəza zamanı həyatını itirən ictimai-siyasi xadimlərin yaxınları və qohumları Fəxri Xiyabana gələrək onların məzarı üzərində dualar oxuyublar.

Ziyarətə gələnlər arasında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov da var idi.

Xatırladaq ki 1991-ci ilin bu günü Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulmasi nəticəsində ümumilikdə 22 nəfər həyatını itirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə