Vergi Xidməti rəhbərlərinin görüşü - VİDEO

Vergi Xidməti rəhbərlərinin görüşü - VİDEO
Azərbaycan MDB Vergi Xidmətləri Əlaqələndirmə Şurasının sədri seçilib

Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının 26-cı iclası keçirilib. Rusiya Federal Vergi Xidmətinin sədrliyi ilə keçən iclas “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron xidmətlər və onların rəqəmsal çatdırılma imkanları” mövzusuna həsr edilib.

İclasda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Mikayıl Cabbarov “Beynəlxalq meyllərin Azərbaycan vergi sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəmizdə iqtisadi sahədə aparılan islahatlardan, MDB məkanında iqtisadi sahədə, o cümlədən vergilər sahəsində əməkdaşlıqdan danışıb.

İclasda həmçinin yeni informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadləsi aparılıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

REAL-ın RUSİYA bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə