“Alı zirvəsi“ - VİDEO

“Alı zirvəsi“ - VİDEO
Alı Mustafayevə həsr olunan sənədli film nümayiş etdirildi

Nizami Kino Mərkəzində telejurnalist, publisist, şair, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevə həsr olunmuş "Alı zirvəsi" adlı sənədli filmin təqdimatı keçirildi.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadənin sözlərinə görə, filmin çəkilməsinin əsas səbəbi - Azərbaycan tarixində qəhrəmanlıq göstərən şəxslər haqqında cəmiyyətə geniş məlumat vərmək və gənclər arası vətənpərvərlik hissini aşılamaqdır.

Tədbirdə sənət adamları, Millət vəkilləri, Qarabağ müharibəsinin iştirakçıları və Alı Mustafayevin ailə üzvləri iştirak etdilər.

Onlar bu cür filmlərin Azərbaycan tarixi və mədəniyyətində böyük rol oynadığını qeyd etdilər.

"Alı zirvəsi" və bu kimi qəhrəmanlıqları əks etdirən digər filmlərin Azərbaycan gəncləri arasında vətənpərvərlik hissinin qaldırılmasında mühüm yerin olduğu vurğulandı.

Xatırladaq ki, Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Alı Mustafayev 1991-ci il 20 noyabrda, Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində 39 yaşında həlak olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə