Güləşçilərimizin Rusiya sınağı

Güləşçilərimizin Rusiya sınağı
Zəriflərimiz Rusiya kubokunda qüvvələrini sınayacaqlar

Sabah Rusiyada qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək. İki gün davam edəcək turnirdə Rusiya, Azərbaycan və Qırğızıstandan olan güləşçilər mübarizə aparacaqlar.

Ölkəmizi yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 8 idmançı təmsil edəcək. 50 kq çəki dərəcəsində Şəhanə Nəzərova qüvvəsini sınayacaq. Birgül Soltanova 57, Alyona Kolesnik 59 kq-da güləşəcək. Tatyana Omelçenko ilə Jalə Əliyeva ağırlığı 62 kq-dək olan həmkarları ilə qurşaq tutacaq. Elis Manolova ilə İrina Netreba müvafiq olaraq 65 və 68 kq-da mübarizə aparacaq. Səbirə Əliyeva 76 kq-da etimadı doğrultmağa çalışacaq.

Reqlamentə əsasən, noyabrın 22-də bütün çəkilərdə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medallar uğrunda görüşlər isə ayın 23-də keçiriləcək.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə