Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır

Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır

Gələn aydan Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq. 

Bu barədə Real TV-yə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu gün yeni əskinasın təqdimat mərasimi keçirilib.

Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul ediliB. Elman Rüstəmov bildirib ki, yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub. 

Sonra Elman Rüstəmov ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib. 
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə