Oqtay Gülalıyev əməliyyat olunub - VİDEO

Oqtay Gülalıyev əməliyyat olunub - VİDEO
Həyat yoldaşı REAL-a danışdı

Türkiyədə Amerika xəsətəxanasına yerləşdirilmiş hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır. Onun üzərində 2-ci dəfə əməliyyat həyata keçirildi.

Bunu REAL-a açıqlamasında Oqtay Gülaliyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da onun üzərində cərrahiyyə əməliyyatı keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər