“Yola çıxan yolda qalmaz” (VİDEO)

“Yola çıxan yolda qalmaz” (VİDEO)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

Deyirlər yol böyündür su kiçiyin. Yollar su kimi şəffaf və hamar olmayanda isə bundan həm böyüklər əziyyət çəkir həmdə kiçiklər. Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 km-lik hissəsi 1976-1977-ci illərdə inşa edilib. Avtomobil yolu uzunmüddətli intensiv və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Yolda hərəkət hissəsində çalalar və çökmələr əmələ gəlib, en və uzunluq profilləri pozulduğundan, yolun çiyin hissələri çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Bundan başqa yolun müxtəlif hissələrində torpaq yatağının hündürlüyü aşağı səviyyədə idi. Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb və rayonunda yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub.

Hərəkətin normal təşkili üçün yol boyu 30 km göstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılıb, yolcızgi və yol göstərici xətlər çəkilib.

Qeyd edək ki,Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Necə deyərlər yola çıxan yolda qalmaz...

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə