70 yaşlı Sumqayıt - VİDEO

70 yaşlı Sumqayıt - VİDEO
Sumqayıt qürur və yüksəliş ünvanıdır

70 müdriklik yaşıdır. 70 Sumqayıtın yaşıdır. Gənclər şəhəri kimi tanınan Sumqayıt bu gün müdriklik zirvəsinə çatıb. Bu gün 70 yaşını tamam edən Sumqayıt tək Azərbaycanın deyil, Cənubi Qafqazın mühüm sənaye mərkəzi kimi adını tarixə yazır.

Tarixi ötən əsrin 30-cu illərindən başlasa da şəhər kimi 70 il bundan əvvəl formalaşdı.

Sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi Sumqayıt.

Qədim tarixi var Sumqayıtın. Qədim tarixi qədər əfsanəsi də var bu şəhərin. "Sum qayıt" əfsanəsi.

Su ehtiyatı qurtaran karvandakı Sum adında gənc sevgilisinin susuzluğuna dözə bilmir və su ardınca gedir. Lakin onun fəlakətlə qarşılacağını hiss edən ceyran onun ardınca qışqırır: - Sum, qayıt!

Fəzlullah Rəşidəddin "Əsrlər əvvəl" əsərində Sumqayıtdan danışılır. Sumqayıtın qədim yaşayış məskənindən Xəzərin sinəsində mirvaritək bərq vuran qədim Coratın qoynunda salınan şəhərdən söz açılır.

Gənclər bu şəhəri Xəzərin qumsal sahillərinə ürəklərində gətiriblər. Sonra Sumqayıtı ev-ev, küçə-küçə, məhəllə-məhəllə tikiblər. çox gəncin tale şəhəri olur Sumqayıt.

İllər ötür. Sumqayıt şəhər kimi özünü dünyaya tanıdır.

Prezident Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir. Yüz hektarla ölçülən ərazilərdə sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı.

Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.

Sumqayıt yenidən qurulur, möcüzələr şəhərinə çevrilir. Sumqayıt onu qurub-yaradanların özləri üçün ucaltdıqları möhtəşəm abidədir. Sumqayıt bugünümüzün qürur və yüksəliş ünvanıdır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə