Avropa yığmasındakı azərbaycanlı - VİDEO

Avropa yığmasındakı azərbaycanlı - VİDEO
Stolüstü tennisin gələcək vəd edən simaları

Azərbaycanın stolüstü tennis idmanı tarixində ilk dəfə 1 idmançımız Avropa millisinin heyətinə düşüb. Söhbət 11 yaşlı Adil Əhmədzadədən gedir. 4 ilə yaxındır ki, idmanın bu növü ilə məşğul olan Adilin ali məqsədləri var. Əhmədzadə azı kumir kimi baxdığı Dmitri Ovçarov səviyyəsində idmançı olmağı hədəfləyir.

Adilin məşqçisi Ramin Cəfərov da yetirməsinin potensialına bələddir. Mütəxəssis yeniyetmə idmançının gələcəkdə daha böyük uğurlara imza atacağını deyir.

Uğur vəd edən idmançılar arasında zərif cinsin nümayəndələri də var. Rumıniyada keçirilən gənclər arasında Avropa Çempionatında qızıl medal qazanmış komandamızın aparıcı üzvü Nəzakət Qarayeva hazırda leqioner həyatı yaşayır. 17 yaşlı Nəzakət hazırda Qazaxıstan liqasında mübarizə aparır.

Millimizin üzvləri növbəti illərdə də ölkəmizi layiqincə təmsil etmək niyyətindədirlər. İdmançılarımız gələn il keçiriləcək beynəlxalq yarışların hazırlıqlarına indidən start veriblər.

Ümid edirik ki, stolüstü tennisçilərimizin qələbə sədalarını növbəti illərdə də eşidəcəyik. Və bu idmançılarımız Çinin stolüstü tennisdəki çəkisini azaltmağa müvəffəq olacaqlar.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə